BİZNES

29 Aprel

“Adore” məhkəməyə verildi

“İdeal” mağazaları kimi tanınan “Adore Kompani” şirkəti barəsində məhkəmə iddiası qaldırılıb.

 Mərkəzi Bank tərəfindən şirkətə cərimə protokolu tərtib olunub. “Adore Kompani” MMC-nin rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. Şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb. Müddəanın tələblərinə əsasən, “Adore Kompani” xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.

© Qafqazinfo