BİZNES

28 Aprel

Ağdam Sənaye Parkında rezidentlərin sayı 7-yə çatıb

Prof-Dam” MMC və “Metkons” MMC Ağdam Sənaye Parkının rezidentləri olub.

"Fins.az"xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında məlumat verib. 

O bildirib ki,Ağdam Sənaye Parkında rezidentlərin sayı 7-yə çatıb

“Prof-Dam” MMC 2 hektar ərazidə müxtəlif növ dam örtüklərinin istehsalı müəssisəsi inşa edəcək, “Metkons” MMC isə havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlarının istehsalı ilə məşğul olacaq.İnvestisiya dəyəri 9 milyon manata yaxın olan layihələrin reallaşması ilə 85 nəfər daimi işlə təmin ediləcək",- nazir qeyd edib.