BİZNES

06 Avqust

Elektron qaimə-fakturanı kim təqdim etməlidir?

Dövlət Vergi Xidmətindən bildirilir ki, aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir:

• Bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi;

• Dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi;

• Notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi.

Yuxarıda göstərilən şəxslər tərəfindən elektron qaimə-fakturanın təqdim olunması ilə bağlı məhdudiyyət də nəzərdə tutulmamışdır.

Əsaslandırma: Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsi