Müştəri xidmətləri departamentimizin araşdırmalarına əsaslanaraq sözügedən şikayətlə bağlı onu deyə bilərik ki, belə ad və soyadda müştərinin, ümumiyyətlə, müştəri bazamızda qeydiyyatı tapılmayıb.
Baku Electronics-dən Fins.az-a verilən açıqlamaya görə,buna baxmayaraq, sosial media vasitəsi ilə qeyd edilən problemin aradan qaldırılması məqsədi ilə şikayətçi istifadəçiyə yazılsa da heç bir geri dönüş almamışıq.
Qeyd edilən sosial media istifadəçisinin isə ad və soyadının sistemdə tapılmaması heç bir digər məlumatı təqdim etməməsi səbəbindən biz bu şikayətin əsassız və qərəzli olduğunu düşünürük.
Qeyd edək ki, Bakı şəhər sakini Könül Kamilli facebook sosial şəbəkəsindəki “Müştəri Səsi” səhifəsində “Baku Electronics”mağazalar şəbəkəsindən şikayət etmişdi.


//fins.az/biznes/270870/baku-electronicsmusterini-nece-surundurur-sikayet/