BİZNES

05 İyul

“Baku Electronics” müştərini necə süründürür? - ŞİKAYƏT 

“Baku Electronics” mağazalar şəbəkəsi məsuliyyətsiz və yarasız xidmət göstərdiyi üçün müştəri tərəfindən şikayət obyektinə çevrilib. Belə ki, Bakı şəhər sakini Könül Kamilli facebook sosial şəbəkəsindəki “Müştəri Səsi” səhifəsində “Baku Electronics”mağazalar  şəbəkəsindən şikayət edib. Könül Kamilli şikayətində qeyd edib ki, ““Baku Electronics”  kimi məsuliyyətsiz mağazalar şəbəkəsindən nə isə  əldə etmək istəsəniz bu dediklərimi nəzərə alın, çünki sizə bunları mağazada deməyəcəklər və nəticədə özünüzü aldadılmış hiss etməyiniz bir yana, 2-3 gün bu şəbəkənin qeyri peşəkar əməkdaşlarının əlində qalacaqsınız. Mağazada sizə deyəcəklər ki, çatdırılma və quraşdırılma daxildir. 2 iş günü ərzində gətirib quraşdıracaqlar. Bu onların dilində nə deməkdir sizə açıqlayım. Mağazada deyirlər 1-ci gün çatdırılma olacaq, amma bazar günü zəng edib deyirlər ki, bu gün olacaq. Malınız ambardan götürülüb maşındadır. Adam qalır pis vəziyyətdə ki, sabaha saxlasam aldığım məhsul bu istidi havada  bir gün maşında Bakını gəzəcək. Deyirsən yaxşı gətir, saat neçə üçün olacaq çatdırılma? Deyirlər bilmirik sürücü sizə zəng edəcək.”

Müştəri “Baku Electroncs”mağazalar şəbəkəsinin alınan məhsulun çatdırılması ilə yanaşı quraşdırılmasından da şikayətçi olduğunu qeyd edib. Belə ki, müştərinin sözlərinə görə mağazanın quraşdırma üçün təyin etdiyi usta müştəri ünvanına çox gec gəldiyinə görə müştəri dəfələrlə mağazanın qaynar xəttinə zəng vurub şikayət etməlidir. Müştəri  eyni zamanda “Baku Electronics”-in müştəri xidmətləri ilə də bağlı öz narazılığını ifadə edərək müştəri xidmətlərinin şikayətləri dinləmədiyini və müştərinin fikirlərinin nəzərə alınmadığını qeyd edib.