BİZNES

19 Aprel

Orxan Məmmədov: “Startap” şəhadətnaməsinin verilməsinə başlanılacaq

"Startap" şəhadətnaməsi ilə bağlı yenilik var. Yaxın günlərdə mikro və kiçik sahibkarlıq subyektlərinə “Startap” şəhadətnaməsinin verilməsinə başlanılacaq. 

Bunu ATV telekanalının "İqtisadi zona" verilişinin qonağı olan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, "Startap" şəhadətnaməsi ilə bağlı yenilik var. Biz yaxın günlərdə mikro və kiçik sahibkarlıq subyektlərinə “Startap” şəhadətnaməsi -nin verilməsinə başlayacağıq. Dövlət tərəfindən bu tənzimlənir.

Orxan Məmmədov şəhadətnamələrin sahibkarlıq subyektlərinə hansı üstünlükləri verəcəyini də   açıqlayaraq ""Startap" şəhadətnaməsi KOB subyektlərini Vergi Məcəlləsinə uyğun olaraq əldə etdikləri gəlirlər üzrə mənfəət vergisindən və gəlir vergisindən 3 ilədək azad edəcək.KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək verəcək. Bu yeni və innovasiyalı şirkətlər xüsusən də startap şirkətləri üçün çox yaralı olacaq."-eyə qeyd edib. 

Müəllif:Aynur Qəniyeva