BİRJA

23 Oktyabr

Qızılın qiymət artıb

Son günlərdə qızılın qiymətləri rekord maksimum səviyyəyə yüksəlib.

Fins.az xəbər verir ki, bu artım, ABŞ-da gərgin prezident seçkiləri və Yaxın Şərqdə davam edən risklər fonunda baş verib. Asiya ticarətində qızılın spot qiyməti 0,13% artaraq 1 unsiya üçün 2753 dolları keçib. Dekabr ayı üzrə müqavilələr isə 0,26% artaraq 2767 dollar səviyyəsinə yüksəlib.