BİRJA

17 Oktyabr

Mərkəzi Bankın nəqliyyat vasitələri hərracı: İştirak qaydaları

26 noyabr 2024-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikasının Mərkəzi Bankının balansında olan nəqliyyat vasitələri hərraca çıxarılacaq.

AMB-dən Fins.az-a verilən məlumata görə, hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər:

  • Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
  • Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti, olduğu halda VÖEN-in surəti;
  • Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir;
  • Azərbaycan Respublikasının Mərkəzi Bankının hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.

Diqqətə çatdırlıb ki, sənədlər beh ödənişinin bankın hesabına hərracın başlanmasına ən geci 3 bank günü qalanadək daxil olduğu təqdirdə qəbul ediləcəkdir.

Hərrac barədə ətraflı məlumat üçün linkə daxil olun.

Fuad Mədətov
Fins.az