BİRJA

08 Oktyabr

“CPM-İnvest”in əməliyyat dövriyyəsi 25% azaldı

2024-cü ilin yanvar-sentyabr aylarında “CPM-İnvest İnvestisiya Şirkəti” QSC-nin əməliyyat dövriyyəsi 2 milyard 408 milyon manat olub.

Fins.az xəbər verir ki, bu keçən ilin eyni dövrü ilə müqayisədə 830,1 milyon manat və ya 25,1% azalma deməkdir.

Dövriyyənin tərkibi belə olub:

  • ARMB qiymətli kağızları: 109,5 milyon manat
  • Dövlət istiqrazları: 608,9 milyon manat
  • Korporativ istiqrazlar: 22,4 milyon manat
  • Səhm əməliyyatları: 3 milyon manat
  • Repo əməliyyatları: 1 milyard 736 milyon manat

Əməliyyat sayı isə 2 min 981 təşkil edib. ARMB qiymətli kağızları üzrə dövriyyə 0,1%, korporativ istiqrazlar üzrə dövriyyə isə 262,7% artıb, digər kateqoriyalarda isə azalma müşahidə olunub.