BİRJA

08 Oktyabr

"ABB İnvest"ın repo əməliyyatları 21,4 mld. manat artıb

2024-cü ilin yanvar-sentyabr ayları ərzində "ABB İnvest İnvestisiya Şirkəti" QSC-nin əməliyyat dövriyyəsi 25,4 milyard manat olub.

Fins.az xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,3 milyard manat və ya 6,3 dəfə artım deməkdir.

Bu dövr ərzində şirkətin dövriyyəsi müxtəlif maliyyə alətləri üzrə aşağıdakı kimi olub:

  • ARMB qiymətli kağızları: 105,5 milyon manat
  • Dövlət istiqrazları: 910,5 milyon manat
  • Korporativ istiqrazlar: 128,8 milyon manat
  • Səhm əməliyyatları: 109,6 min manat
  • Repo əməliyyatları: 24,1 milyard manat

Şirkətin əməliyyat sayı isə 98,941 olub. Əvvəlki illə müqayisədə dövlət istiqrazları üzrə dövriyyə 81,4 milyon manat (8,9%), səhmləri üzrə dövriyyə isə 109,6 milyon manat (8,745,4 dəfə), repo əməliyyatları üzrə dövriyyə isə 21,4 milyard manat (8,7 dəfə) artıb. Əməliyyat sayında da 97,805 ədəd artım qeydə alınıb.