BİRJA

08 Oktyabr

“Hermes Finance” 2023-cü il üçün hesabatını açıqladı

2023-cü ildə “Hermes Finance” ASC-nin xalis mənfəəti 1 milyon 254 min manat olub ki, bu da 2022-ci ilə nisbətən 13.8% azalmadır.

Fins.az xəbər verir ki, şirkətin faiz gəlirləri 6 milyon 281 min manatla 21.3% artıb, amma faiz xərcləri 3 milyon 379 min manatla 10.7% yüksəlib. Xalis faiz gəliri isə 2 milyon 726 min manata çatıb, bu da 8.7% artım deməkdir.

2024-cü ilin yanvarın 1-nə olan məlumata görə, cəmi aktivlər 30.49 milyon manat olub ki, bunun 24.16 milyon manatı maliyyə lizinqi və xalis investisiyalardır. Şirkət, 500 ədəd yeni səhmlə kapitalını artırıb. Şirkətin nizamnamə kapitalının böyük hissəsi Səbinə Sadiq, Rəvan Cəfərov və Nuranə Mehrəliyeva-Rzayeva tərəfindən idarə olunur.