BİRJA

07 Oktyabr

"Brent" neftinin qiyməti azalıb, avro, lirə, rubl, o cümlədənqızıl və gümüş ucuzlaşıb...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin dekabr müqaviləsinin dəyəri 0,28% azalaraq 1 barelə görə 77.83 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 0,19% azalaraq 1 barelə görə 74,24 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,15 ABŞ dolları və ya 4,1% artaraq 80,04 dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,17% azalaraq 2,966 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il oktyabrın 7-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il oktyabrın 7-də Avro 1,8646 manatadək ucuzlaşıb.

LİRƏ

2024-cü il oktyabrın 7-də Türkiyə lirəsi 0,0496 manata kimi ucuzlaşıb.

RUBL

2024-cü il oktyabrın 7-də Rusiya rublu 0,0179 manatadək ucuzlaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,05% azalaraq 2 666,60 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,21% azalaraq 32.33 ABŞ dollarına bərabər olub.