Cümə günü neft qiymətləri 2023-cü ilin fevral ayından bəri ən uğurlu həftəsini tamamladı.
Fins.az xəbər verir ki, brent markalı neftin qiyməti həftə ərzində təxminən 8%, WTI-nin isə 8,2% artması, bazarda ən kəskin yüksəliş kimi qiymətləndirilir. Bu artımın əsas səbəbi Yaxın Şərqdə gərginliyin artması və ABŞ-ın İrana mümkün hərbi zərbələr müzakirəsidir.
ABŞ limanlarında iş dayanmasının həll olunması da bazara müsbət təsir göstərdi. Lakin bazarlar hələ də Yaxın Şərqdəki hadisələri diqqətlə izləyir, bu isə qiymətlərin yaxın günlərdə də dəyişə biləcəyini göstərir.