BİRJA

03 Oktyabr

Bu ölkə kriptovalyutaları tənzimləyəcək yeni qanun qəbul etdi

Urüqvay, kriptovalyutaların tənzimlənməsi sahəsində əhəmiyyətli addım atıb.

Fins.az xəbər verir ki, yeni qanuna görə, ölkənin Mərkəzi Bankı virtual aktivlər xidmət təminatçılarının fəaliyyətini nəzarət edəcək və onlara lisenziya verəcək. Maliyyə Nəzarəti İdarəsi isə kriptovalyuta birjalarını, kripto cüzdanlarını və minerləri yoxlayacaq. Bu addım, terrorizmin maliyyələşdirilməsi və pul yuyulmasına qarşı mübarizə məqsədi güdür.

Yeni qanun, həmçinin mərkəzləşdirilməmiş qiymətli kağızların elektron şəkildə buraxılmasını və ticarətini təmin edən qanunvericilik dəyişikliklərini də ehtiva edir. Ürüqvay, Venesuela, Braziliya, Argentina və Salvador kimi ölkələrdən sonra kriptovalyuta xidmət təminatçılarını normativ bazasına daxil edən az sayda ölkələrdəndir.