2 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Bu barədə Fins.az-a BFB-dan məlumat verilib.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumatlar aşağıdakı kimidir:
Emitentin adı |
“GL” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2035020281 |
İstiqrazların növü və forması |
İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu/forması |
Kütləvi/Birqiymətli |
İstiqrazların sayı |
200 (ədəd) |
İlkin ticarət qiyməti |
1,000 manat |
İstiqrazların buraxılış həcmi |
200,000 manat |
Hərrac qiyməti |
1,000 manat |
İllik gəlirlilik faizi |
15% |
İstiqrazların reallaşdırılmış həcmi |
200,000 manat |
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə) |
215,000 manat |
İnvestor sayı |
3 |
Sifariş sayı |
3 |
Ödəmə Periodu |
Hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) |
Tədavül müddəti |
5 il |
İstiqrazılarn ödəmə tarixi |
02.10.2029 |
Anderrayter |
“İNVEST-AZ İ.Ş.” QSC |
Zemfira Ms
Fins.az