2 və 3 oktyabr 2024-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaq.
Bu barədə Fins.az-a BFB-dan məlumat verilib.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
Notun müddəti (gün) |
İSİN |
Hərrac tarixi |
Hərraca çıxarılan məbləğ (manat) |
Nominal |
Miqdar |
Notun ödəniş tarixi |
28 |
AZ2331024706 |
02.10.2024 |
2.500.000 |
100.000 |
25 |
30.10.2024 |
84 |
AZ2332024705 |
03.10.2024 |
2.500.000 |
100.000 |
25 |
26.12.2024 |
168 |
AZ2333024704 |
02.10.2024 |
2.500.000 |
100.000 |
25 |
19.03.2025 |
252 |
AZ2334024703 |
03.10.2024 |
2.500.000 |
100.000 |
25 |
12.06.2025 |
Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.
Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.
Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcək.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək.
Zemfira Ms
Fins.az