BİRJA

30 Sentyabr

"Kapital Bank” ASC-nin istiqrazlarının yerləşdirilməsi baş tutacaq - BFB

30 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank” ASC-nin buraxılış həcmi 20,000,000 (iyirmi milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

Bu barədə Fins.az-a BFB-dan məlumat verilib.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışı 30 sentyabr tarixindən başlayaraq 30 təqvim günü ərzində davam edərək 29 oktyabr tarixində yekunlaşacaq və yerləşdirmə 31 oktyabr tarixində baş tutacaq.

Qeyd: İstiqrazlar subordinasiya borc şəklində, 7 illik tədavül müddəti ilə buraxılır.

Subordinasiya borc öhdəlikləri - emissiya şərtlərinə görə ödəmə vaxtı çatdıqda ödənilən, bankın aktivlərinin girovu ilə təmin edilməyən, mülkiyyətçisinin tələbi ilə geri alınmayan, bank ləğv edilərkən onların ödənilməsi əmanətçilərin və bankın digər kreditorlarının tələbləri tam ödənildikdən sonra icra olunan öhdəliklər.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"Kapital Bank” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2014005154

İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması

Kütləvi/Abunə yazılışı

İstiqrazın sayı

200,000 (ədəd)

İlkin ticarət qiyməti

100 ABŞ dolları

Buraxılış həcmi

20,000,000 ABŞ dolları

İllik gəlirlilik faizi

7%

Ödəmə Periodu

ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq

Tədavül müddəti

7 il

Ticarətə buraxılma tarixi

31.10.2024

Anderrayter

“PAŞA Kapital  İ.Ş” QSC

Zemfira Ms
Fins.az