BİRJA

30 Sentyabr

"Brent" neftinin qiyməti artıb, avro, rubl ucuzlaşıb, qızıl və gümüş bahalaşıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin dekabr müqaviləsinin dəyəri 1,03% artaraq 1 barelə görə 72,28 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 0,98% artaraq 1 barelə görə 68,84 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,27 ABŞ dolları və ya 0,35% azalaraq 77,94 ABŞ dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1,13% azalaraq 2,888 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il sentyabrın 30-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il sentyabrın 30-da Avro 1,8976 manatadək ucuzlaşıb.

LİRƏ

2024-cü il sentyabrın 30-da Türkiyə lirəsi isə 0.0498 manat təşkil edib.

RUBL

2024-cü il sentyabrın 30-da Rusiya rublu 0,0182 manata kimi ucuzlaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,36% artaraq 2 677,7 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,25% artaraq 31,9 ABŞ dollarına bərabər olub.