BİRJA

26 Sentyabr

Bakı Fond Birjası AİB-in Yaşıl İstiqraz təliminə qoşulub

Bakı Fond Birjası “Asiya İnkişaf Bankının” təşkilatçılığı ilə Suveren Yaşıl İstiqrazlar mövzusu çərçivəsində baş tutan təlim proqramında iştirak edir.

Fins.az xəbər verir ki, 2024-cü il 23-27 sentyabr tarixlərini əhatə edən təlimin əsas məqsədi Asiya İnkişaf Bankının İnkişaf Bankçılığı missiyası üzrə Yerli Kapital Bazarını Davamlı inkişafı hədəfləyən maliyyə aləti Suveren Yaşıl İstiqrazlar barədə marifləndirməkdir.

Asiya İnkişaf Bankının (AİB) keçirdiyi tədbirdə Bakı Fond Birjası, “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” (AFBİA) və onun üzvləri olan İnvestisiya şirkətlərinin nümayəndələri iştirak edib.

Təlimin açılış nitqini “Asiya İnkişaf Bankının” ölkə üzrə direktoru xanım xanım Kandis MakDeyqan edərək, ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) vacibliyini vurğuladı və Azərbaycanın yaşıl iqtisadiyyatın, yaşıl maliyyənin və yaşıl istiqrazların inkişafını strateji prioritetlərindən biri kimi müəyyən etdiyini qeyd etdi.

Daha sonra AİB-in Azərbaycan ofisinin konsultantı cənab Mehman Abbas çıxış edərək, Suveren Yaşıl İstiqrazlar üzrə bu təlim proqramının yerli kapital bazarı iştirakçıları üçün xüsusi olaraq hazırlandığını və əsas məqsədin xarici ekspertlərin dəstəyi ilə ölkəmizdə yaşıl iqtisadiyyatın inkişafına töhfə vermək olduğunu bildirdi.

Qeyd edək ki, 5 gün davam edəcək təlim proqramı Suveren Yaşıl İstiqrazların buraxılışı ilə bağlı bütün əsas mövzuları əhatə edəcəkdir.
 

Zemfira Ms
Fins.az