BİRJA

26 Sentyabr

Azərbaycan neftinin qiyməti azalıb, avro ucuzlaşıb, rubl bahalaşıb, qızıl isə ucuzlaşıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin dekabr müqaviləsinin dəyəri 0,89% azalaraq 1 barelə görə 72,25 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 0,92% azalaraq 1 barelə görə 69,05 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,27 ABŞ dolları və ya 0,35% azalaraq 77,94 ABŞ dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,14% artaraq 2,834 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il sentyabrın 26-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il sentyabrın 26-da Avro 1,8941 manatadək ucuzlaşıb.

LİRƏ

2024-cü il sentyabrın 26-da Türkiyə lirəsi isə 0.0498 manat təşkil edib.

RUBL

2024-cü il sentyabrın 26-da Rusiya rublu 0,0185 manata kimi bahalaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,06% azalaraq 2 683,2 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,43% artaraq 32,16 ABŞ dollarına bərabər olub.