Maliyyə bazarlarında uğurlu investisiyaların əsasını düzgün portfel idarəetməsi təşkil edir. "Xalq Kapital İnvestisiya Şirkəti" QSC olaraq, müştərilərimiz üçün aydın və şəffaf investisiya strategiyaları təklif edir.
Fins.az xəbər verir ki, müştəri ilə birgə planlaşdırılmış yanaşma vasitəsilə riskləri idarə edərək gəlirliliyi maksimuma çatdırmağa çalışır.
İdarəetmə prosesində ilk addım müştərinin risk dözümlülüyünü müəyyən etməkdir. Bu, müştərinin maliyyə məqsədləri və risk götürmə qabiliyyətinə uyğun olaraq gəlirlilik və portfel strukturu formalaşdırmağa imkan verir. Müştərinin sərmayə müddəti təyin olunduqdan sonra, müqavilə bağlanaraq investisiya planı həyata keçirilir.
Portfel idarəetmə strategiyamız çərçivəsində müştəri seçilmiş məhsullar əsasında investisiya portfelinə sahib olur və bu portfel peşəkar idarəetmə ilə davamlı gəlir gətirir. Müştərilərimiz investisiya dövrü ərzində davamlı olaraq maliyyə nəticələri barədə məlumatlandırılır, bu da şəffaflıq və etibarlılığı təmin edir.
Bu yanaşma müştərilərə həm qısamüddətli, həm də uzunmüddətli sərmayələrdən faydalanmağa imkan yaradır. "Xalq Kapital" peşəkar komandası ilə müştərilərimizə maliyyə hədəflərinə çatmaq üçün sabit və təhlükəsiz investisiya həlləri təqdim etməyə davam edir.
Fuad Mədətov
Fins.az