BİRJA

25 Sentyabr

Azərbaycan neftinin və təbii qazın qiyməti artıb, avro və qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin dekabr müqaviləsinin dəyəri 0,44% azalaraq 1 barelə görə 74,14 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 0,54% azalaraq 1 barelə görə 71,17 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,86 ABŞ dolları və ya 1,11% artaraq 78,21 ABŞ dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,21% artaraq 2.871 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il sentyabrın 25-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il sentyabrın 25-də Avro 1,9033 manata kimi bahalaşıb.

LİRƏ

2024-cü il sentyabrın 25-də Türkiyə lirəsi isə 0.0498 manat təşkil edib.

RUBL

2024-cü il sentyabrın 25-də Rusiya rublu 0.0183 manat təşkil edib.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,23% artaraq 2 683,2 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,56% azalaraq 32,25 ABŞ dollarına bərabər olub.