BİRJA

19 Fevral

"Legion Financial” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə alınıb

Fevralın 16-da Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə  "Legion Financial” ASC səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilib.

Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Yerləşdirmə üzrə anderrayter "Assist Finance İnvestisiya Şirkəti” ASC-dir.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Fuad Mədətov
Fins.az