Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2213024709 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən Fins.az-a bildirilib ki, hərrac zamanı 6 investor tərəfindən qiymət intervalı 96,793.00 (7.10%) manat və 96,990.0747 (6.65%) olan 6 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 32,700,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96,911.1196 (6.83%) manat və orta ölçülmüş qiyməti isə 96,964.5896 (6.71%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 31.07.2024-cü ildir.
Günel Məlikzadə
Fins.az