BİRJA

13 Fevral

“Kredit Evi” ASC-nin səhmləri BFB-də standart bazar seqmentində şərti listinqə alınıb - CƏDVƏL

12 fevral 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kredit Evi” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilib.

Bu barədə Fins.az-a BFB-dən məlumat verilib. 

Bildirmək istərdik ki, “Kredit Evi” ASC Bakı Fond Birjasında “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması, delistinqi və ticarətinin təşkili qaydaları” nın 4.5-ci bəndinin tələblərinə uyğun olaraq, özünün nizamnamə kapitalını növbəti 6 ay ərzində ən azı 200.000 (iki yüz min) manata çatdırılmasını üzərinə götürür.

Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Yerləşdirmə üzrə anderrayter “Assist Finance İ.Ş” ASC-dir.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Fuad Mədətov
Fins.az