BİRJA

12 Fevral

Təbii qazın ucuzlaşması davam edir

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

Fins.az xəbər verir ki, martda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 3,01% azalaraq 1,805 dollar təşkil edib.

Günel Məlikzadə
Fins.az