BİRJA

09 Fevral

Türkiyə Xəzinədarlığında ilin ilk avrobond emissiyası üçün tələb 3 dəfədən çox olub

Türkiyə Xəzinədarlığı dollarla 10 illik avrobond buraxmaqla 3 milyard dollar borc götürüb.

Fins.az xəbər verir ki, 2024-cü il xarici maliyyələşdirmə proqramı çərçivəsində BBVA, Citi, Goldman Sachs və Morgan Stanley 8 fevral 2024-cü il tarixində 2034-cü il ödəmə müddəti ilə dollarla istiqraz buraxmağa icazə verdi.

Türkiyə Xəzinədarlığından verilən açıqlamada, sözügedən emissiyanın eyni gündə bağlandığı və emissiya məbləğinin 15 fevral 2024-cü il tarixində hesablara daxil ediləcəyi bildirilib.

Onu da qeyd edək ki, 15 may 2034-cü il tədavül müddətli istiqrazın kupon dərəcəsi 7,625%, gəlir dərəcəsi isə 7,875% olub.

Təxminən 300 investor emissiya məbləğinin 3 qatından çox tələb edib.

İstiqrazın 42 faizi Böyük Britaniya və İrlandiyada, 27 faizi ABŞ-da, 20 faizi Yaxın Şərqdə, 6 faizi digər Avropa ölkələrində, 4 faizi Türkiyədə, 1 faizi isə digər ölkələrdə investorlara satılıb.

Günel Məlikzadə
Fins.az