Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2210024702 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən Fins.az-a verilən məlumata görə, hərracı zamanı 8 investor tərəfindən qiymət intervalı 95,012.00 (7.50%) manat və 95,552.0520 (6.65%) manat olan 8 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 37,300,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 95,520.107 (6.70%) manat və orta ölçülmüş qiyməti 95,544.2638 (6.66%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 17.10.2024-cü ildir.
Fuad Mədətov
Fins.az