BİRJA

08 Fevral

AMB-nin 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2207024707 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Fins.az-a verilən məlumata görə, hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 99,490.0582 (6.59%) manat və 99,516.3000 (6.25%) manat olan 5 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 34,000,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,504.6878 (6.40%) manat və orta ölçülmüş qiyməti 99,505.8115 (6.39%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.

Notların ödəmə tarixi 07.03.2024-cü ildir.

Fuad Mədətov
Fins.az