BİRJA

25 Avqust

İpoteka  istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Avqustun 25-də Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin tədavül müddəti 8280 gün, nominal dəyəri 1,000 manat olan AZ2075008683 ISIN-li, 50,000,000 manat həcmində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
 
BFB-dan Fins.az-a verilən məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 3%, faiz ödəniş dövrü isə 180 gündən bir (6 aydan bir) təşkil edir.
 
Hərrac qiyməti 1,000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 50,000,000 manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 50,000,000 manat təşkil etmişdir.
 
İstiqrazların  ödəmə tarixi 26 aprel 2046-cı ildir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.