BİRJA

03 Avqust

BFB: Səhm bazar kapitalizasiyası 20% yüksəlib - CƏDVƏL

Bakı Fond Birjasında 2023-cü ilin yanvar-iyul ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 9,777,082,198 manat təşkil edib.

BFB-dən Fins.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% böyümə qeydə alınıb. 

Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 27%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 39% böyümə qeydə alınıb, repo əməliyyatları üzrə 61% artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 9 dəfə artım qeydə alınıb.

2023-cü ilin iyul ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası                                4,900,144,490 manat təşkil etmiş və ötən ilin son ticarət günü ilə müqayisədə 20% böyümə qeydə alınıb.

Zəminə Hüseyn
Fins.az