Avqustun 2-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2125024706 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 10 investor tərəfindən qiymət intervalı 9,936.6264 (8.2%) manat və 9,948.2376 (6.69%) manat olan 10 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 81,700,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,947.5433 (6.78%) manat və orta ölçülmüş qiyməti 9,947.6300 (6.77%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 30.08.2023-cü ildir.