BİRJA

02 Avqust

ABŞ-nin kommersiya neft ehtiyatları kəskin azalıb

Ötən həftənin yekunlarına görə, ABŞ-nin kommersiya neft ehtiyatları 15 400 min barel azalaraq, təxminən 441 420 min barel təşkil edib.

Fins.az-ın Amerika Neft İnstitutunun (API) proqnozlarına istinadən verdiyi məlumata görə, analitiklər isə ABŞ-ın kommersiya neft ehtiyatlarının 900 min barel azalacağını proqnozlaşdırıb.

Xatırladaq ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.