BİRJA

27 İyul

Avropada qaz 11% ucuzlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 330 ABŞ dollarına enib.

Fins.az xəbər verir ki, 26 iyul tarixində avqust fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 330,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (371,3 dollar) ilə müqayisədə 11% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.