İyulun 26-da Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2121024700 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9,936.6264 (8.2%) manat və 9,946.3890 (6.93%) manat olan 7 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 76,190,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,946.2351 (6.95%) manat və orta ölçülmüş qiyməti 9,946.2608 (6.95%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 23.08.2023-cü ildir.