Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,02% artaraq, 2 003,2 ABŞ dollarına bərabər olub.
Fins.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,32% azalaraq, 24,75 dollar təşkil edib.