İyulun 25-də Amerika fond bazarında Dow Jones indeksi 0.08% – 35,438.07 bəndədək, SP 500 indeksi 0.28% – 4,567.46 bəndədək, Nasdaq indeksi isə 0.61%– 14,144.55 bəndədək artıb.
Fins.az xəbər verir ki, Avropa fond bazarlarında iyulun 25-də Almaniyanın DAX indeksi 0.13% – 16,211.59 bəndədək, FTSE 100 indeksi 0.17% – 7,691.80 bəndədək artıb, Fransanın CAC-40 indeksi isə 0.16% - 7,415.45 bəndədək azalıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0.04% azalaraq 1.1051 dollar təşkil edib.