BİRJA

23 İyun

"BOA Agency" ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə alınıb

İyunun 23-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə " BOA Agency " ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilib.

BFB-dan Fins.az-a verilən məlumata görə, “BOA AGENCY” ASC “Bakı  Fond Birjasi” QSC-də qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması,  delistinqi və ticarətinin təşkili Qaydaları”nın 4.5-ci bəndinə uyğun olaraq, özünün nizamnamə kapitalını növbəti 6 ay ərzində ən azı 200.000 (iki yüz min) manata çatdırılması öhdəliyini üzərinə götürür.

Yerləşdirmə üzrə anderrayter “Unicapital  İ.Ş” ASC-dir.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 Səhmlər üzrə məlumat aşağıdakı kimidir: