“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2023-2024-cü illər üçün Avropada təbii qazın orta qiyməti üzrə proqnozunu kəskin azaldıb.
Fins.az “Fitch”ə istinadən xəbər verir ki, agentlik 2023-cü il üçün TTF indeksi (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən iri virtual satış mərkəzi) üzrə Avropada qazın qiyməti ilə bağlı proqnozunu 20 dollardan 12 dollaradək azaldıb (1 000 kub fut üçün).
Proqnoza əsasən, 2024-cü ildə TTF indeksi üzrə Avropada qazın qiyməti 1 000 kub fut üçün 10 dollar olacağı ehtimal olunur, bu da öncəki proqnoz göstəricidən 10 dollar azdır.
Bununla yanaşı, agentlik 2025 və 2026-cı illər üzrə TTF indeksi üzrə qazın qiyməti üçün proqnozunu dəyişməyib və müvafiq olaraq 1 000 kub fut üçün 10 dollar və 5 dollar səviyyəsində saxlayıb.