BİRJA

22 İyun

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İyunun 22-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2108024707 dövlət qeydiyyat nömrəli 40 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 9,396.8182 (9.17%) manat və 9,450.9026 (8.3%) manat olan 14 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 87,330,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,401.1469 (9.1%) manat, orta ölçülmüş qiyməti isə 9,416.8602 (8.85%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 40,000,000 manat təşkil edib.  
Notların ödəmə tarixi 29.02.2024-cü ildir.