BİRJA

21 İyun

Bakı Fond Birjasında vebinar keçirilib

Bakı Fond Birjasında “Erkən Xəbərdarlıq Sistemi ilə Proaktiv Kibertəhlükəsizlik” mövzusunda vebinar keçirilib.

BFB-dən Fins.az-a verilən məlumata görə, bu gün Bakı Fond Birjasının təşəbbüsü və təşkilatçılığı ilə Mütəşəkkil Kapital Bazarı iştirakçılarına “Erkən Xəbərdarlıq Sistemi ilə Proaktiv Kibertəhlükəsizlik” mövzusunda vebinar keçirilib.

Vebinarda təlimçi qismində Türkiyənin SOCRadar şirkətinin əməkdaşları iştirak edib.