BİRJA

18 May

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Mayın 18-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2088024701 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

BFB-dan Fins.az-a verilən məlumata görə, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 9,352.6000 (9.89%) manat və 9,407.9573 (8.99%) manat olan 16 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 40,410,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,376.4654 (9.5 %) manat, orta ölçülmüş qiyməti isə 9,387.9103 (9.31%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.  
Notların ödəmə tarixi 25.01.2024-cü ildir.