BİRJA

22 Dekabr

"AzeSteelCompany" istiqrazlarına 5 investor 5 sifariş təqdim edib

22 dekabr, 2022-ci il tarixində Bakı Fond Birjasında "AzeSteelCompany" ASC-nin tədavül müddəti 24 ay, nominal dəyəri 1000 manat olan AZ2004023605 dövlət qeydiyyat nömrəli, 1,5 milyon manat həcmində, faizli, təmin  edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Birjanın yaydığı məlumata görə, hərrac zamanı 5 investor tərəfindən 1000 manat qiyməti ilə 5 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 10 % , faiz ödəniş dövrü isə 90 gün təşkil edir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,5 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi də 1,5 milyon manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 11.12.2024-cü ildir.