BİRJA

28 Sentyabr

Dünya bazarlarında təbii qaz bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Fins. az xəbər verir ki, noyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə, 1,03% artaraq, 6,835 ABŞ dolları təşkil edib.