8 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC-nin 25 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Birjanın yaydığı məlumatda bildirilir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Qiymətli kağızın ISIN kodu |
AZ2063008687 |
Emissiya həcmi |
25,000,000 manat |
Nominal qiyməti |
1,000 manat |
Hərrac qiyməti |
1,006.3194 manat |
İstiqrazların tədavül müddəti |
7200 gün (7130 qalıq) |
Faiz dərəcəsi |
3.25 % |
Faiz gəlirinin ödəniş müddəti |
180 gündən bir (6 aydan bir) |
Anderrayter |
“Unicapital İ.Ş” ASC |
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.