BİRJA

05 Sentyabr

Cənubi Koreyada pulsuz kriptovalyuta alanlardan vergi tutulur

Cənubi Koreyada pulsuz paylanan kriptovalyuta hədiyyə vergisinə cəlb edilir.

"Fins.az" xəbər verir ki, ölkənin Strategiya və Maliyyə Nazirliyinin açıqlamasında bildirib ki, vərəsəlik və hədiyyə vergisi haqqında qanuna uyğun olaraq pulsuz yayılan rəqəmsal valyutalara “hədiyyə” kimi yanaşılır.

"İndiki halda, hədiyyə vergisi virtual aktivin pulsuz ötürüldüyü üçüncü şəxsdən tutulacaq", - açıqlamada deyilir.

Qaydalar virtual valyutaların hesablanması ilə aparılan bütün tranzaksiyalara şamil edilir.
Qeyd edək ki, Cənubi Koreyada 2025-ci ildə virtual aktivlərdən əldə edilən kapital gəlirlərinin vergiyə cəlb edilməsinə başlanılacaq. Lakin hazırda hədiyyələrdən hədiyyə vergisi tutulur. Bu vergini ödəməli olan şəxs üç ay müddətində müvafiq bəyannamə təqdim etməlidir. Verginin dərəcəsi 10%-dən 50%-ə qədər dəyişə bilir.