BİRJA

01 Sentyabr

BOKT “Kəpəz”in yüksək faizli təminatsız istiqrazlarına 1 investor maraq göstərib - HƏRRACIN NƏTİCƏSİ

1 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasında BOKT “Kəpəz” MMC-nin tədavül müddəti 48 ay olan AZ2008020805 dövlət qeydiyyat nömrəli, 1 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Birjadan "Fins.az"a daxil olmuş məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib.

Sifarişin nominal qiymətlə ümumi məbləği 1 milyon manat, yerləşdirilmiş həcmi də 1 milyon manat təşkil edib.

İstiqrazın illik faiz dərəcəsi 16%, faiz ödənişləri isə hər 90 gündə bir dəfə olmaqla investorlara ödənilir. İstiqrazların ödəmə tarixi 01.09.2026-cı ildir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.