BİRJA

01 Sentyabr

Azərbaycanda repo əqdləri üzrə indekslər hesablanacaq və açıqlanacaq

"Bakı Fond Birjası" QSC (BFB) Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırılmaqla repo əqdləri üzrə faiz indekslərinin hesablanmasını tənzimləyən “Repo bazarında bağlanılan əqdlər üzrə indekslərin hesablanması və açıqlanması Qaydaları” hazırlayıb.

Fins.az BFB-yə istinadən xəbər verir ki, qaydalar bu gündən qüvvəyə minib.

Qaydalara əsasən birja gündəlik əsasda banklar arasında bağlanan repo əqdləri üzrə 1 günlük, 1 həftəlik və 2 həftəlik indeksləri hesablayacaq, internet səhifəsində açıqlayacaq.