Sinqapurun “CryptoCom” birjası təsadüfən Melburndan olan müştərisinə 10 milyon dollardan çox pul köçürüb.
Səhv yalnız yeddi aydan sonra fərq edilib.
Bu müddət ərzində avstraliyalı malikanə alıb. Lakin indi pulu qaytarmaq üçün məhkəmə qərarı ilə onu satılmalı olacaq.
Qadın 2021-ci ilin may ayında kriptovalyuta birjasından 100 dollarını çıxarmaq istəyib. Əvəzində ona 10,5 milyon köçürülüb. Əməkdaşlardan biri təsadüfən “məbləğ” qrafasına çoxrəqəmli müştəri hesab nömrəsini daxil edib.
Səhv ilin sonunda aparılan audit nəticəsində üzə çıxıb.
Mənbə: knife.media