BİRJA

23 Mart

Avropada qazın qiyməti artıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin 1 100 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

Fins.az xəbər verir ki, 22 mart tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 1 126 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 2,8% çoxdur.

Xatırladaq ki, 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.